AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Katiblik

Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılıb. Katibliyin rəhbəri Komissiyanın qərarı ilə, digər işçiləri isə Komissiyanın sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Katiblik Komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsi, Komissiyanın müzakirəsinə çıxarılacaq məsələlər üzrə sənədlərin hazırlanması, kargüzarlıq və digər işlərin aparılması üzrə fəaliyyəti həyata keçirir.

Katiblik dövlət orqanıdır və Katibliyin işçiləri dövlət qulluqçularıdır.

Katibliyin səlahiyyətləri Komissiya tərəfindən müəyyən edilir.

Katiblik Komissiyanın fəaliyyəti haqqında illik məruzə tərtib edir və onu Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim edir.

Katibliyin rəhbəri Təbriz Musayevdir. Kamran Həsənov Katibliyin böyük məsləhətçisi, Bayram Orucov məsləhətçisidir.

 

Əlaqə:

 

AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

tel: (+994 12) 492-82-35    

mail: office@commission-anticorruption.gov.az