AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işçi qruplarına üzvlərin seçilməsi məqsədilə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işçi qruplarına üzvlərin seçilməsi məqsədilə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) fəaliyyətində ictimai iştirakçılığın və institusional tərəfdaşlığın gücləndirilməsi məqsədilə Komissiyanın Reqlamentinin 2.1-ci bəndinə uyğun olaraq 2025-ci il 15 fevral tarixində Komissiyanın rəsmi internet səhifəsində qeyri-hökumət təşkilatları, media subyektləri və özəl sektorun nümayəndələri, eləcə də müstəqil ekspertlər üçün müsabiqə elan edilmişdir.

Müsabiqə 2025-ci il 31 mart tarixində başa çatmış və bu müddət ərzində Komissiyanın Katibliyinə 18 qeyri-hökumət təşkilatı (QHT) və 3 müstəqil ekspert tərəfindən müraciətlər edilmişdir.

Müraciətlər Komissiyanın Katibliyi tərəfindən Reqlamentin 2.2-ci bəndində nəzərdə tutulmuş meyarlar – təcrübə, təhsil, hüquqi və sosial tədqiqat aparmaq qabiliyyəti, təşəbbüskarlıq, komanda işi bacarığı, tənqidi təfəkkür və digər kriteriyalar əsasında qiymətləndirilmişdir.

Aparılmış qiymətləndirmə nəticəsində aşağıda göstərilən 8 QHT və 3 müstəqil ekspertin müraciəti müsbət dəyərləndirilmiş və onların Komissiyanın aidiyyəti işçi qruplarının tərkibinə daxil edilməsi barədə qərar qəbul edilmişdir:

Seçilmiş qeyri-hökumət təşkilatları və onların təmsil olunacağı işçi qrupları:

Qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupu

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə işçi qrupu

Təhsil və maarifləndirmə üzrə işçi qrupu

Korrupsiya risklərinin qiymətləndirilməsi üzrə işçi qrupu

Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının monitorinqi üzrə işçi qrupu

Seçilmiş müstəqil ekspertlər və onların təmsil olunacağı işçi qrupları:

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə işçi qrupu

Korrupsiya risklərinin qiymətləndirilməsi üzrə işçi qrupu

Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının monitorinqi üzrə işçi qrupu

Komissiya ictimai iştirakçılığın və vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizə sahəsində fəal iştirakını yüksək qiymətləndirir və bu istiqamətdə səmərəli fəaliyyətin tətbiqinin gələcəkdə davam etdirməsini qarşıya məqsəd qoyur.