AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Qərar №1, 6 fevral 2025-ci il

AZƏRBAYCAN RESPUBLİKASININ KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ÜZRƏ KOMİSSİYASININ

Q Ə R A R I

 

Bakı şəhəri, 6 fevral 2025-ci il                                                                                            № 1

 

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”nin 5-ci, 9-cu, 10-cu və 13-cü maddələrini rəhbər tutaraq, 2025-ci il fevralın 6-da keçirilmiş iclasında müzakirə edilmiş məsələlər üzrə aşağıdakıları qərara alır:

  1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası (bundan sonra – Komissiya) sədrinin korrupsiyaya qarşı mübarizənin vəziyyəti və qarşıda duran vəzifələr barədə çıxışı nəzərə alınsın və çıxışda qeyd olunan müddəaların yerinə yetirilməsi üçün zəruri tədbirlər görülsün.
  1. Məhkəmə-hüquq sistemində aparılan son islahatların korrupsiyaya qarşı mübarizə fəaliyyətinə təsiri barədə məruzə nəzərə alınsın və bu sahədə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görülsün.
  1. Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların tövsiyələri ilə bağlı görülmüş işlər qənaətbəxş hesab edilsin, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) tövsiyələrinin icrası istiqamətində tədbirlər davam etdirilsin.
  1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Reqlamenti təsdiq edilsin (əlavə olunur).
  1. Komissiyanın 2025-ci ilin birinci yarımilinə dair iş planı təsdiq edilsin (əlavə olunur).
  1. Komissiyanın 2025-ci il 6 fevral tarixli iclası ilə bağlı mətbuatda məlumat dərc edilsin.
  1. Komissiyanın Katibliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.
  1. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyasının sədri                                                                              

 

Samir Nuriyev