AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının işçi qruplarının tərkibinin komplektləşdirilməsi məqsədilə vakant yerlər üzrə əlavə müraciət mərhələsi elan olunur

Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamə və Komissiyanın 2025-ci il 6 fevral tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Reqlamentinə (bundan sonra – Reqlament) uyğun olaraq, Komissiyanın işçi qruplarının tərkibinə qeyri-hökumət təşkilatları (bundan sonra – QHT-lər), media subyektləri və özəl sektorun nümayəndələri, eləcə də müstəqil ekspertlərin seçilməsi məqsədilə Komissiyanın Katibliyi (bundan sonra – Katiblik) tərəfindən cari ilin 15 fevral tarixində müsabiqə elan edilmişdir.


Müraciətlər Komissiyanın Katibliyi tərəfindən Reqlamentin 2.2-ci bəndində nəzərdə tutulmuş meyarlar – təcrübə, təhsil, hüquqi və sosial tədqiqat aparmaq qabiliyyəti, təşəbbüskarlıq, komanda işi bacarığı, tənqidi təfəkkür və digər kriteriyalar əsasında qiymətləndirilmişdir. Aparılmış qiymətləndirmə nəticəsində aşağıda göstərilən 8 QHT və 3 müstəqil ekspertin müraciəti müsbət dəyərləndirilmiş, onların Komissiyanın aidiyyəti işçi qruplarının tərkibinə daxil edilməsi barədə qərar qəbul edilmiş və bu istiqamətdə müsabiqənin nəticəsi cari ilin 7 aprel tarixində Komissiyanın rəsmi internet səhifəsində açıqlanmışdır:
 

Seçilmiş qeyri-hökumət təşkilatları və onların təmsil olunacağı işçi qrupları:


Qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupu


Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə işçi qrupu


Təhsil və maarifləndirmə üzrə işçi qrupu


Korrupsiya risklərinin qiymətləndirilməsi üzrə işçi qrupu


Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının monitorinqi üzrə işçi qrupu


Seçilmiş müstəqil ekspertlər və onların təmsil olunacağı işçi qrupları:


Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə işçi qrupu


Korrupsiya risklərinin qiymətləndirilməsi üzrə işçi qrupu


Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının monitorinqi üzrə işçi qrupu


Komissiyanın işçi qruplarının tərkibinin funksional tamlığını, iştirakçı balansını və son müraciət tarixindən sonra müşahidə olunan marağı nəzərə alaraq, həmin işçi qrupların tərkibinin komplektləşdirilməsi məqsədilə, vakant yerlər üzrə əlavə müraciət mərhələsi elan olunur.

 

İşçi qrupların adları

Fəaliyyət istiqamətləri

Qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupu

 

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə işçi qrupu

  • korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının icra vəziyyətini təhlil etmək, onların səmərəlilik və effektivliyini qiymətləndirmək;
  • Katibliyin müraciəti əsasında Komissiyanın iclasında müzakirə ediləcək məsələlərin nəzəri aspektlərinə və beynəlxalq təcrübədəki nümunələrinə dair məlumat verilməsi;
  • Katibliyin müraciəti əsasında və ya işçi qrupun öz təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə və şəffaflıq sahəsində beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması, eləcə də bu sahədə mövcud olan problemlər və onların həlli yollarına dair təkliflərin verilməsi;
  • korrupsiyaya qarşı ixtisaslaşmış beynəlxalq təşkilatlar və ya digər beynəlxalq reytinq qurumlarının sorğularına orqanlar (qurumlar) tərəfindən hazırlanmış cavablara dair rəyin verilməsi.

Təhsil və maarifləndirmə üzrə işçi qrupu

  • təlimlər, kurslar, nəşrlər, təşviqat materialları və digər üsullarla korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə işinin həyata keçirilməsində iştirak etmək və bu barədə təkliflər vermək;
  • Katibliyin müraciəti əsasında Komissiyanın iclasında müzakirə ediləcək məsələlərin nəzəri aspektlərinə və beynəlxalq təcrübədəki nümunələrinə dair məlumat verilməsi;
  • Katibliyin müraciəti əsasında və ya işçi qrupun öz təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə və şəffaflıq sahəsində beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması, eləcə də bu sahədə mövcud olan problemlər və onların həlli yollarına dair təkliflərin verilməsi;
  • korrupsiyaya qarşı ixtisaslaşmış beynəlxalq təşkilatlar və ya digər beynəlxalq reytinq qurumlarının sorğularına orqanlar (qurumlar) tərəfindən hazırlanmış cavablara dair rəyin verilməsi.

Korrupsiya risklərinin qiymətləndirilməsi üzrə işçi qrupu

  • orqanlarda (qurumlarda) korrupsiya risklərinin qiymətləndirilməsi metodologiyasının hazırlanması, ayrı-ayrı sahələr üzrə risklərin müəyyən edilməsi, təhlili, qiymətləndirilməsi və müvafiq tədbirlərin görülməsi;
  • Katibliyin müraciəti əsasında Komissiyanın iclasında müzakirə ediləcək məsələlərin nəzəri aspektlərinə və beynəlxalq təcrübədəki nümunələrinə dair məlumat verilməsi;

Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının monitorinqi üzrə işçi qrupu

  • korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının icra vəziyyətini təhlil etmək, onların səmərəlilik və effektivliyini qiymətləndirmək;
  • Katibliyin müraciəti əsasında Komissiyanın iclasında müzakirə ediləcək məsələlərin nəzəri aspektlərinə və beynəlxalq təcrübədəki nümunələrinə dair məlumat verilməsi;
  • Katibliyin müraciəti əsasında və ya işçi qrupun öz təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə və şəffaflıq sahəsində beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması, eləcə də bu sahədə mövcud olan problemlər və onların həlli yollarına dair təkliflərin verilməsi;
  • korrupsiyaya qarşı ixtisaslaşmış beynəlxalq təşkilatlar və ya digər beynəlxalq reytinq qurumlarının sorğularına orqanlar (qurumlar) tərəfindən hazırlanmış cavablara dair rəyin verilməsi;

 

Müsabiqədə iştirak üçün tələblər

Namizədlər seçilərkən aşağıdakı meyarlar nəzərə alınır:


Müsabiqədə iştirak üçün müraciət qaydası

Müsabiqədə iştirak etmək istəyən QHT-lər, media subyektləri və özəl sektor nümayəndələri, eləcə də müstəqil ekspertlər aşağıdakı sənədləri təqdim etməlidirlər:


Özəl sektor nümayəndələri və müstəqil ekspertlərə münasibətdə


QHT və media subyektlərinə münasibətdə:


Sənədlərin qəbulu

Müraciətlər 2025-ci ilin 30 aprel tarixinədək office@commission-anticorruption.gov.az e-poçt ünvanı vasitəsilə qəbul edilir.


Seçim prosesi

Müsabiqə iştirakçılarının qiymətləndirilməsi Komissiyanın Katibliyi tərəfindən aparılacaq və nəticələr elan ediləcəkdir.