AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilmişdir.

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sədrliyi ilə keçirilən iclasda ölkəmizdə korrupsiyaya qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlərin həyata keçirildiyi qeyd edilmiş, bu sahədə RİTN tərəfindən görülən işlər, mövcud problemlər qeyd olunmuşdur. İclasda RİTN-in müəssisə və təşkilatlarında korrupsiyaya qarşı mübarizə üzrə həyata keçirilən tədbirlərə baxmayaraq, mənfi halların da mövcudluğu bildirilmişdir. İclasda rabitə birlik və müəssisələrində hüquqpozmalara şərait yaradan halların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi, müəssisələrdə nizam-intizam qaydalarının möhkəmləndirilməsi, abunəçilərin hüquqlarının qorunmasına diqqətin artırılması, sahibkarlara və özəl şirkətlərə azad rəqabət mühitinin yaradılması, əməkhaqqının vaxtında verilməsi və s. məsələlər barədə çıxışlar olmuş, müzakirələr aparılmışdır. Kollegiya iclasına yekun vuran nazir rabitə və informasiya texnologiyaları sektorunda korrupsiyaya qarşı mübarizədə səmərəliliyin artırılması məqsədi ilə əhalidən daxil olan müraciətlərə baxılması, operativliyin artırılması, vətəndaşların qəbulu işinin təkmilləşdirilməsi, işçilərdə antikorrupsiya mədəniyyətinin formalaşdırılması, "Qaynar xətt"in fəaliyyətinin və hüquqi maarifləndirmə işinin genişləndirilməsinin zəruriliyini vurğulamış, bununla bağlı müvafiq tapşırıqlar vermişdir.