AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Qrant müsabiqəsi elanı:

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası qeyri-hökumət təşkilatlarına dəstək verilməsi üzrə qrant müsabiqəsi elan edir.

Müsabiqənin mövzusu:

Kitabxanalarda hüquq sahəsində, o cümlədən korrupsiyaya qarşı mübarizə ilə bağlı ədəbiyyat bazasının təkmilləşdirilməsi və yenilənməsinin həyata keçirilməsi.

Müsabiqədə iştirak:

Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri hökumət təşkilatları iştirak edə bilərlər.

Layihələrin təqdim edilməsi:

Layihə təklifləri 2023-ci  il sentyabrın 22-dək Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron poçt (office@commission-anticorruption.gov.az) vasitəsilə təqdim olunmalıdır. Müraciət zamanı təşkilatlar kitabxanalarda hüquq sahəsində, o cümlədən korrupsiyaya qarşı mübarizə ilə bağlı ədəbiyyat bazasının təkmilləşdirilməsi və yenilənməsinin həyata keçirilməsi üçün layihə və layihənin hazırlanmasına tələb olunan büdcə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

• QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti

• Təşkilatın Nizamnaməsinin surəti

• Təşkilatın Dövlət Reyestrindən Çıxarışının surəti

• Təşkilatın VÖEN-nin surəti

• Təşkilatın fəaliyyəti haqqında qısa məlumat

• Layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı (CV)

Qiymətləndirmə meyarları:

• Qurumun təcrübəsi.

• Layihənin icrasına dair dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin olması.

• Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması.

• Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.

Müsabiqənin müddəti:

Layihələrin qəbulu 2023-cü il sentyabrın 13-də başlayır və 2023-cü il sentyabrın 22-də başa çatır.

Layihələrin qəbulu üçün son tarix:

2023-cü il  22 sentyabr, saat 18:00.