AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Qarabağ Universitetinin kitabxanasına yeni ədəbiyyatlar təqdim olunub.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının maliyyə dəstəyi ilə “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” ictimai birliyi (bundan sonra – ELSA Azərbaycan) tərəfindən həyata keçirilən layihə çərçivəsində Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisasına xarici və yerli hüquqi ədəbiyyat nümunələri təqdim edilib.

Layihənin məqsədi hüquq təhsili alan tələbələrin peşəkar hazırlıq səviyyəsinin artırılması, onların beynəlxalq və yerli hüquqi biliklərinin dərinləşdirilməsi, eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmənin gücləndirilməsidir.

Təqdimat mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Təbriz Musayev və ELSA Azərbaycanın prezidenti Tarif Hüseynov iştirak ediblər.

Çıxışlar zamanı layihənin əhəmiyyəti, hüquq təhsilinə dəstəyin gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində gənc hüquqşünasların maarifləndirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, bu təşəbbüsün Qarabağ Universitetinin hüquq fakültəsinin inkişafına və gələcəkdə bu sahədə ixtisaslaşacaq mütəxəssislərin formalaşmasına töhfə verəcəyi bildirilib.