AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Korrupsiyaya qarşı mübarizə sahəsində Fəaliyyət Planlarının layihəsinin hazırlanması prosesi ilə bağlı ilkin müzakirə keçirilmişdir.

2015-ci ilin 27 noyabr tarixində Açıq Hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə üzrə yeni Fəaliyyət Planlarının layihəsinin hazırlanması prosesi ilə bağlı qeyri-hökumət təşkilatları ilkin müzakirə keçirilmişdir. Tədbir korrupsiyaya qarşı mübarizə aparan QHT-lərin əməkdaşlıq və  informasiya Şəbəkəsi tərəfindən keçirilmişdir və ilkin müzakirədə Şəbəkənin əksər üzvləri iştirak etmişdir. Müzakirə zamanı Fəaliyyət Planına daxil edilməsi üçün irəli sürülmüş təkliflər qeydə alınmış və Fəaliyyət Planının ilkin layihəsində əks olunacaqdır.

 

Tədbir iştirakçıları tərəfindən QHT-lərin bu sahədə olan səylərinin birləşdirilməsi və Fəaliyyət Planlarının layihəsinin hazırlanmasında vətəndaş iştirakçılığının artırılması məqsədi ilə yeni Açıq Hökumət platformasının yaradılması təklif olunmuşdur. Platformanın strukturu və fəaliyyəti ilə bağlı təkliflər QHT-lər tərəfindən hazırlanaraq növbəti iclasda müzakirəyə çıxarılacaqdır.