AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Korrupsiyaya qarşı mübarizə və Açıq Hökumətin təşviqi üzrə Fəaliyyət Planların layihəsinin növbəti ictimai müzakirəsi cari ilin 14 mart tarixin

Korrupsiyaya qarşı mübarizə və Açıq Hökumətin təşviqi üzrə Fəaliyyət Planlarının növbəti icitimai müzakirəsi cari ilin 14 mart tarixində Hilton hotelində saat 10-da keçiriləcəkdir. Tədbir Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə əməkdaşlıq şəraitində Avropa Şurası tərəfindən icra edilən "Azərbaycanda korrupsiyaya qarşı mübarizə imkanlarının genişləndirilməsi" layihəsi çərçivəsində həyata keçirilir. İctimai müzakirədə müvafiq dövlət orqanlarının əməkdaşları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və beynəlxalq tərəfdaşların iştirakı nəzərdə tutulmuşdur. Tədbirdə Fəaliyyət Planlarında nəzərdə tutulan tədbirlərin müzakirəsi həyata keçiriləcək, iştirakçıların rəy və təklifləri Fəaliyyət Planlarını daha da təkmilləşdirilməsi məqsədi ilə nəzərə alınacaqdır. 

 

Bununla əlaqədar olaraq, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya cari ilin 14 mart tarixində keçiriləcək tədbirə bütün maraqlı tərəfləri dəvət edir. Tədbirlər bağlı ətraflı məlumat +994124920465 telefon nömrəsi və ya office@commission-anticorruption.gov.az elektron poçt vasitəsi ilə əldə edilə bilər.