Korrupsiyaya qarşı mübarizə üzrə Fəaliyyət Planlarının layihəsinin ictimai müzakirəsi keçirilib.
Cari ilin 14 mart tarixində Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə əməkdaşlıq şəraitində, Avropa Şurası tərəfindən icra edilən "Azərbaycanda korrupsiyaya qarşı mübarizə imkanlarının genişləndirilməsi" layihəsi çərçivəsində Açıq Hökumətin təşviqi və Korrupsiyaya qarşı mübarizə üzrə Fəaliyyət Planlarının layihəsinin növbəti icitimai müzakirəsi həyata keçirilmişdir.
Tədbirdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli açılış nitqi çıxış edərək qonaqları salamlamış və Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində son 10 il ərzində həyata keçirilən qanunvericilik islahatları ilə bağlı məlumat vermişdir. Daha sonra açılış nitqləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin üzvü Azay Quliyev, Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri Draqana Filipoviç və digər şəxslər çıxış etmişdilər.
Açıq Hökumət Tərəfdaşlığı beynəlxalq təşkilatının Azərbaycan üzrə milli əlaqələndiricisi, Milli Məclisin üzvü Vüsal Hüseynov isə Açıq Hökumətin təşviqi üzrə Fəaliyyət Planın hazırlanması prosesi, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin istiqamətləri və forması barədə iştirakçılara məlumat vermişdir.
Daha sonra Anti-Korrupsiya QHT-lər Şəbəkəsinin kordinatoru Əliməmməd Nuriyev Fəaliyyət Planlarında nəzərdə tutulan tədbirlərin vətəndaş cəmiyyəti institutlarının təklifləri əsasında hazırlanması və bu sahədə həyata keçirilən fəaliyyətlə bağlı iştirakçıları məlumatlandırmışdır.
İctimai müzakirədə aidiyyəti dövlət orqanlarının əməkdaşları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və beynəlxalq tərəfdaşlar iştirak etmişdir. Tədbirdə eyni zamanda Açıq Hökumət Tərəfdaşlığı beynəlxalq təşkilatına sədrlik edən Cənubi Afrika Respublikasının İctimai Xidmətlər və İdarəetmə üzrə Departamentinin nazir müavini xanım Ayanda Dlodlo da iştirak etmiş və AHT və Azərbaycan münasibətləri ilə bağlı iştirakçılara məlumat vermiş və eyni zamanda vətəndaş cəmiyyəti institutlarının ictimai müzakirələrdə aktiv iştirakından məmnunluğunu bildirmişdir.
Tədbir zamanı Fəaliyyət Planlarında nəzərdə tutulan tədbirlərin müzakirəsi həyata keçirilmiş, iştirakçıların rəy və təklifləri Fəaliyyət Planlarının təkmilləşdirilməsi məqsədi ilə qeydə alınmışdır. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən tədbir iştirakçılardan bütün təkliflərini Komissiyaya təqdim etmələri xahiş edilmişdir.
Təkliflərinizi office@commission-anticorruption.gov.az elektorn poçt ünvanına göndərməyiniz xahiş edilir.
Ad soyad |
Təşkilat |
Əli Hüseynlİ
|
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü |
Azay Quliyev |
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Sədri |
Vüsal Hüseynov |
AHT üzrə Milli Əlaqələndirici, Milli Məclisin deputatı |
Kamal Cəfərov |
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyi |
Nərgiz Paşayeva |
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |
Şəlalə Cəfərova
|
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Almaz Qəhrəmanova
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi |
Azər Şükürov
|
Azərbaycan Respublikasının Vergilər Nazirliyi |
Xudayət Həsənli
|
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi |
Aydın Səfixanlı
|
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili |
Maarif Abbasov
|
Azərbaycan Respublikasının Auditorlar Palatası |
Nəsir Sadiqov
|
Azərbaycan Respublikasının Hesablama Palatası |
Famil Qədimov
|
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu |
Ramin Hüseynov
|
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi |
Nüsrət Qurbanov
|
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi |
Mehman Bayramov
|
Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi |
Reyhan Quliyeva
|
Məhkəmə-Hüquq Şurası |
Aqil Quliyev
|
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi |
Vüqar Əskərov
|
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Komissiyası |
Rauf Məcidbəyli |
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası |
Elxan Əzizov |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
Rza Tağıyev |
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi |
Bəxtiyar Məmmədov |
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
Fərid Quluzadə |
Azərbaycan Respublikasının Təhsil Nazirliyi |
Kənan Məlikov |
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi |
Umud Mirzəyev |
Beynəlxalq Avrasiya Mətbuat Fondu |
Rauf Zeyni |
Milli Qeyri-Hökumət Təşkilatları Forumu |
Şəlalə Həsənova |
“İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İB |
Asif Əsgərli |
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İB |
Novella Cəfəroğlu |
D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti |
Səadət Bənənyarlı |
Beynəlxalaq İnsan Haqlarının Cəmiyyətinin Azərbaycan Milli Bölməsi |
Səidə Qocamanlı |
İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İB |
Mətanət Cəfərova |
“Əsgər Ailələrinə Dəstək” İB |
Niyaməddin Orduxanov |
“Bələdiyyələrin İnkişafına Yardım” Ictimai Birliyi |
Eyyub Hüseynov |
Azad İstehlakçılar Birliyinin |
Fikrət Yusifov |
Ekonomiks İqtisadi Araşdırmalar Mərkəzi |
Ruslan Atakişiyev |
İqtisadi Resursların Öyrənilməsi İB |
Sirus Abasbəyli |
Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri İB |
Vüqar Bayramov |
Iqtisadi və Sosial Inkişaf Mərkəzi |
İsrayıl İsgəndərov |
“Ümid” Sosial İnkişafa Dəstək İB |
İradə Rizazadə |
“Vətəndaşların Sosial Rifahı Naminə” İB |
Nazir Quliyev |
"Hüquq Dünyası" Hüquqi Təbliğat İB |
Nailə İsmayılova |
“Yeni Həyat” Humanitar və Sosial Dayaq Ictimai Birliyi |
Qorxmaz İbrahimli |
“Biosfer” İB |
Mehriban Zeynalova |
“Təmiz Dünya” Qadınlara Yardım İB |
İlqar Hüseynli |
Sosial Strateji Tədqiqatlar Birliyi |
Radil Fətullayev |
İqtisadi Resursların Öyrənilməsi İB |
Əliməmməd Nuriyеv |
«Konstitusiya» Araşdırmalar Fondu |
Rəna Səfərəliyеva |
Şəffaflıq Azərbaycan (Transparency Azerbaijan) |
Vasif Mövsümov |
Korrupsiyaya qarşı mübarizə Fondu |
MəmmədMusayev |
Sahibkarlar Təşkilatları Milli Konfederasiyası |
Hafiz Həsənov |
Hüquq və Inkişaf Ictimai Birlyi |
Elmina Kazımzadə |
Müasir Тəhsil və Тədrisə Yardım Mərkəzi |
Mirvari Qəhrəmanlı |
Neftçilərin Hüquqlarının MüdafiəTəşkilatı |
Əhməd Abasbəyli |
“Cəmiyyət və Vətəndaş Münasibətlərinin İnkişafı” İB |
Xanoğlan Əhmədov |
“Media və Mülki Cəmiyyət” İB |
Qadir İbrahimli |
“Güzəran” Sosial Araşdırmalar İB |
Rövşən Ağayev |
İqtisadiTəşəbbüslərəYardımMərkəzi |
Samir Əliyev |
İqtisadiTəşəbbüslərəYardımMərkəzi |
Jeroen Willems |
Aİ-ninAzərbaycandakıNümayəndəliyi |
Olaf Heidelbach |
Aİ-ninAzərbaycandakıNümayəndəliyi |
Aytən Osmanlı |
GİZ |
Ülvi Abbasquliyev |
GİZ |
Alexis Roiter |
ABŞ İnkişaf Agentliyi |
Aybəniz Məmmədova |
ABŞ İnkişaf Agentliyi |
Sabira Shikhaliyeva |
BMT İP |
Yusif Abasov |
ABŞ Səfirliyi |
Ayanda Dlodlo |
Cənubi Afrika Respublikasının nümayəndələri / Açıq Hökumət Tərəfdaşlığı |
Qinisile Delva |
Cənubi Afrika Respublikasının nümayəndələri / Açıq Hökumət Tərəfdaşlığı |
Thokozani Thusi |
Cənubi Afrika Respublikasının nümayəndələri / Açıq Hökumət Tərəfdaşlığı |
Draqana Filipoviç |
AŞ Bakı Ofisinin Rəhbəri |
Teodora Lukoviç |
AŞ Bakı Ofisi |
Zəhra Əhmədova |
AŞ Bakı Ofisi |