Korrupsiyaya qarşı mübarizə sahəsində Fəaliyyət Planlarının layihəsinin hazırlanması nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”larının icra müddəti cari il in sonunda bitəcəkdir. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən Fəaliyyət Planlarının mütəmadi dəyərləndirilməsi həyata keçirilir və bununla bağlı məlumatlar Komissiyanın internet səhifəsində müntəzəm olaraq yerləşdirilmişdir.
Fəaliyyət Planlarının icrası ilə bağlı son dəyərləndirmə 2016-ci ilin fevral ayında yekunlaşdırılacaqdır. Komissiya tərəfindən bu sahədə yeni Fəaliyyət Planının layihəsinin hazırlanması nəzərdə tutulur.
Vətəndaş cəmiyyəti üzvlərindən bu layihənin hazırlanmasında iştirak etmələri və təkliflərini Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibliyinə təqdim etmələri xahiş edilir. Sənədin ilkin layihəsi hazırlandıqdan sonra internet səhifəyə yerləşdiriləcək və ictimai müzakirələri təşkil ediləcəkdir.
Komissiyanın katibliyinin əlaqə məlumatları
+994 12 492 04 65