AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Korrupsiyaya qarşı mübarizə sahəsində Fəaliyyət Planlarının layihəsinin növbəti ictimai müzakirəsi keçirilmişdir. 

Cari ilin 11 fevral tarixində korrupsiyaya qarşı mübarizə aparan QHT-lərin əməkdaşlıq və informasiya Şəbəkəsinin təşkilatçılığı ilə açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə üzrə fəaliyyət planlarının layihəsinin növbəti ictimai müzakirəsi keçirilmişdir. Tədbirdə Şəbəkənin əksər üzvləri, Avropa Şurasının Azərbaycan ofisinin nümayəndələri, ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak etmişlər.

 

Tədbir iştirakçıları Fəaliyyət Planlarının layihəsində nəzərdə tutulan tədbirlərlə bağlı rəy və təkliflərini bildirmişdir. Bütün təkliflər Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın nümayəndəsi tərəfindən qeydə alınmış və iştirakçılardan isə digər əlavə məlumatları da elektron formada Komissiyanın Katibliyinə və ya Şəbəkəyə təqdim etmələri xahiş edilmişdir. Eyni zamanda tədbir çərçivəsində açıq hökumətin təşviqi sahəsində vətəndaş cəmiyyəti institutlarının səylərinin birləşdirilməsi qərara alınmışdır.   

 

 

İştirak edən şəxslərin ad və soyadı

Onların təmsil etdikləri təşkilat

1

Mirəli Hüseynov

“Demokratiyanı Öyrənmə” ictimai birliyi

2

Vasif Mövsümov

Korrupsiyaya qarşı mübarizə Fondu

3

Aytən Əlizamanov

Şəffaflıq Azərbaycan təşkilatı

4

Məhəmməd Muradov

Şəffaflıq Azərbaycan təşkilatı

5

Rəcəb İmanov

İqtisadi Tədqiqatlar Mərkəzi

6

Qalib Toğrul

İqtisadi Tədqiqatlar Mərkəzi

7

Əhməd Abbasbəyli

“Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin İnkişаfı” ictimai birliyi

8

Zəhra Əhmədova

Avropa Şurasının Azərbaycan ofisi

9

Teodora Lukovic

Avropa Şurasının Azərbaycan ofisi

10

Samir Əliyev

Media və İctimai Təşəbbüslər Mərkəzi

11

Rövşən Ağayev

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi

12

Cəfərov Kamal

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

13

Əliməmməd Nuriyev

QHT-lərin Anti-Korrupsiya Şəbəkəsi

14

Vüsal Hüseynov

Açıq Hökumət Tərəfdaşlığının Azərbaycan üzrə milli əlaqələndiricisi, millət vəkili

15

Zinat Syed

ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı

16

Gövhər Məmmədova

ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı

17

Xanoğlan Əhmədov

“Media və mülki cəmiyyət” ictimai birliyi

18

Hafiz Həsənov

“Hüquq və inkişaf” ictimai birliyi