Əmlak alqı-satqısında vasitəşilik edən şəxsin qanunsuz əməlləri ifşa edilmişdir.
Əmlak alqı-satqısı ilə məşğul olan Samir Rzayevin qanunsuz əməlləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.
Araşdırma zamanı əmlak alqı-satqısında vasitəçiliklə məşğul olan Samir Rzayevin saxta sənədlər əsasında “GünəşHoldinq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakışəhəri, Z.Əhmədbəyovküçəsindəinşaedilmiş yaşayış binasında ümumisahəsi 212 kvadratmetr olan 4 otaqlımənzilin Bakı şəhər sakininə satılması adı ilə onu aldadaraq 145 min manat pulu və dəyəri 120 min manat olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən şəxsi evininin satılmasına hüquq verən notarialqaydadatəsdiqolunmuşetibarnaməni almaqla özgə əmlakını ələ keçirməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılmışdır.
Hazırda cinayət işi üzrə ibtidai istintaq hərəkətləri davam etdirilir.