Açıq Hökumət və Korrupsiyaya qarşı mübarizə üzrə Fəaliyyət Planlarının layihəsinin növbəti ictimai müzakirəsi cari ilin 11 fevral tarixində ke&ccedi
Korrupsiyaya qarşı mübarizə və Açıq Hökumətin təşviqinə dair Fəaliyyət Planlarının layihəsinin növbəti ictimai müzakirəsi cari ilin 11 fevral tarixində korrupsiyaya qarşı mübarizə aparan QHT-lərin Koalisiyasının ofisində keçiriləcək. Fəaliyyət Planlarının ilkin layihəsi Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın yanında fəaliyyət göstərən Qanunvericiliyin təkmilləşdirilməsi üzrə İşçi qrupu tərəfindən vətəndaş cəmiyyəti institutlarının və dövlət orqanlarının təklifləri əsasında hazırlanmışdır. Cari ilin 11 fevral tarixində keçiriləcək tədbir zamanı, Fəaliyyət Planların layihəsində nəzərdə tutulan tədbirlərin ictimai müzakirəsi həyata keçiriləcək və iştirakçıların rəy və təklifləri Fəaliyyət Planlarını daha da təkmilləşdirilməsi məqsədi ilə nəzərə alınacaqdır.
Bununla əlaqədar olaraq, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya bütün maraqlı tərəfləri cari ilin 11 fevral tarixində korrupsiyaya qarşı mübarizə aparan QHT-lərin Koalisiyasının ofisində keçiriləcək tədbirə dəvət edir.
Ofisin ünvanı: M.Əfəndiyev küçəsi 7/24
Əlaqə telefonu: +994 12 492 04 65
Fəaliyyət Planlarının layihəsi bu linkdən əldə edilə bilər.