AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Polis Akademiyasında Daxili İşlər Orqanlarında Aparılan İslahatlar və Daxili İşlər Orqanları Əməkdaşlarının Etik Davranış Kodeksi adlı konfrans keçirilmişdir

11 mart 2010-cu il tarixində Azərbaycan Hüquqşünasları Konfederasiyası tərəfindən Azərbaycan Respublikasının Korrupsiya Qarşı Mübarizə üzrə Komissiyasının və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin dəstəyi ilə keçirilən “daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi” ilə bağlı hüquqi maarifləndirmə layihəsi çərçivəsində Konfrans keçirilmişdir. Azərbaycan Hüquqşünasları Konfederasiyası tərəfindən icra olunan layihənin məqsədi daxili işlər orqanlarında aparılan islahatların ictimai diqqətə çatdırılması, polis və vətəndaş arasında yaranmış etimad mühitinin ictimai səviyyədə təbliği və polis-vətəndaş münasibətlərində qarşılıqlı etimadın gücləndirilməsi vasitəsi ilə daxili işlər orqanları əməkdaşlarının etik davraniş kodeksinin polis orqanları və vətəndaşlar arasında təbliğindən ibarətdir. Konfransda qeyd edilən məsələlər üzrə məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır. Konfransın sonunda iştirakçılara daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi hədiyyə olunmuşdur.