Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edən Bağırov Bəxti
Belə ki, əvvəllər törətdiyi dələduzluq cinayətlərinə görə məhkum olunmuş B.Bağırov Bakı şəhər sakini İsmayılov Namiq Rəhim oğlunu guya Milli Təhlükəsizlik Nazirliyinin nəzdində yaranacaq “Asan Xidmət” Mərkəzinə işə düzəltmək barədə yalan vəd verərək ondan əvvəlcə 2.500 manat, sonra isə mərkəzin tikintisində qalmış bəzi təmir işlərinin yekunlaşdırılması məqsədilə daha 3.800 manat pulunu aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Öz cinayətkar fəaliyyətini davam etdirən B.Bağırov Bakı şəhər sakini Vəliyev Niyazi Şaiq oğlunun da etibarından sui-istifadə edərək sonuncuya bacısı Əhmədova Aygün Şaiq qızının Ali Məhkəməyə hakim köməkçisi vəzifəsinə işə təyin etdirəcəyi barədə yalan vəd verərək 65.000 manat pulunu almaqla özgənin külli miqdarda əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir. Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda qeyd edilən cinayət işləri üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, vətəndaşlara vurulmuş ziyanın ödətdirilməsi və onların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.