AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Milli Məclisdə Avropa Şurasının, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi, Milli Məclisin, Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının, eləcə də “Dev

Tədbir cari ilin 11 fevral tarixində keçirilmişdir. Tədbirdə iştirak edən Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi xanım Veronika Kotek demişdir ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizə üzrə strategiyasına dəstək layihəsi (AZPAC) çərçivəsində təşkil olunmuş bu tədbirin məqsədi qanunvericilik prosesinin və yüksək səviyyəli qanunvericilik aktlarının qəbul edilməsi, qanunvericilik prosesinin korrupsiyaya qarşı müqavimətinin artırılması üçün təkmilləşmə imkanlarını müzakirə etməkdir.
Milli Məclis sədrinin birinci müavini, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Ziyafət Əsgərov bildirmişdir ki, Azərbaycan dövləti və parlamenti, eləcə də ictimaiyyət korrupsiyaya qarşı mübarizədə şəffaflığın və qanunvericiliyin səmərəliliyinin artırılmasında maraqlıdır. Milli Məclis “Korrupsiyaya qarşı mübarizə haqqında” 2004-cü ildə Qanun qəbul etmiş və korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Dövlət Proqramı təsdiq olunmuşdur. Bununla yanaşı, Azərbaycan BMT-nin, Avropa Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların korrupsiyaya qarşı mübarizə ilə əlaqədar konvensiyalarına qoşulmuş və bu sənədləri təsdiq etmişdir. Biz düşünürük ki, cəmiyyətin demokratik inkişafında qanunların işlək mexanizminin olması və şəffaflıq vacib amildir. İlk növbədə hüquq mədəniyyəti olmalıdır. Ona görə də bu tədbirin hüquqi maarifləndirmə baxımından əhəmiyyətini başa düşürük və bu cür tədbirlərin davamlı olmasını arzulayırıq. Z.Əsgərov qeyd etmişdir ki, hüquqi maarifləndirmə, qanunlarımızın Avropa standartlarına uyğunlaşdırılması Azərbaycanın Avratlantik məkana inteqrasiyasında mühüm rol oynayır.
Avropa Şurasının insan hüquqları və hüquqi məsələlər üzrə direktoru xanım Marqaret Killebri demişdir ki, Azərbaycanın öz qanunlarını Avropa standartlarına uyğunlaşdırması, mütəmadi olaraq bu cür tədbirlər keçirməsi onun Avropaya inteqrasiyasının göstəricisidir. Azərbaycan Avropa Şurasının 47 üzvündən biridir. Üzv ölkələrin insan hüquq və azadlıqlarının qorunması, korrupsiyaya, çirkli pulların yuyulmasına qarşı mübarizə ilə bağlı Avropa standartlarını qəbul etməsi olduqca vacibdir. Avropa Şurası öz növbəsində üzv ölkələrə yardımlarını edəcək, əməkdaşlığı daha da genişləndirəcəkdir.
ABŞ-ın Bakıdakı səfiri xanım Ann Ders bildirmişdir ki, Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizədə şəffaflığın artırılması yüksək qiymətləndirilir. Parlamentdə qəbul olunan qanunlar vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayır. ABŞ hökuməti, onun ayrı-ayrı qurumları Avropa Şurası ilə birlikdə bu cür tədbirlərin təşkilinə, Azərbaycanda demokratiyanın, vətəndaş cəmiyyətinin inkişafına, korrupsiyaya qarşı mübarizəyə daim dəstək verəcəkdir.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Əli Hüseynov korrupsiyaya, çirkli pulların yuyulmasına, terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə əlaqədar parlamentdə qəbul olunmuş qanunlar, təsdiq olunmuş dövlət proqramları barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, ölkəmizdə bu istiqamətlərdə aparılan mübarizə tədbirləri beynəlxalq təşkilatlarda yüksək qiymətləndirilir. Azərbaycan bir sıra beynəlxalq təşkilatların, o cümlədən Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının (GOPAC) üzvüdür. 2002-ci ildə yaradılmış təşkilatın ötən il Küveytdə keçirilən 3-cü konfransında Cənubi Qafqaz üzrə şəbəkənin məhz Azərbaycanda yaradılması barədə qərar qəbul edilmişdir. Təşkilatın filialı qismində fəaliyyət göstərəcək şəbəkə korrupsiyaya qarşı mübarizə sahəsində parlamentlərin təcrübə mübadiləsi aparmasına, qanunvericilik sisteminin daha da təkmilləşdirilməsinə, dövlətin həyata keçirdiyi işlərə dəstək verəcəkdir. Sonra mövzu ətrafında, o cümlədən Azərbaycanda qanunvericilik bazasının möhkəmlənməsi, şəffaflığın artırılması, beynəlxalq əməkdaşlıq məsələləri ətrafında çıxışlar olmuş, fikir mübadiləsi aparılmışdır.
Sonra mövzu ətrafında, o cümlədən Azərbaycanda qanunvericilik bazasının möhkəmlənməsi, şəffaflığın artırılması, beynəlxalq əməkdaşlıq məsələləri ətrafında çıxışlar olmuş, fikir mübadiləsi aparılmışdır.