AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya və Avropa Şurasının birgə əməkdaşlığı ilə “Azərbaycanda Korrupsiyaya qarşı Mübarizə Sahəsində İslahatlar: İrəliyə Baxış” mövzusunda konfrans keçiril

2009-cu il 19 noyabr tarixində Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya və Avropa Şurasının birgə əməkdaşlığı ilə “Azərbaycanda Korrupsiyaya qarşı Mübarizə Sahəsində İslahatlar: İrəliyə Baxış” mövzusunda konfrans keçirilmişdir.
Konfransda son iki ildə Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilən nailiyyətləri nəzərdən keçirilməsi, bu tədbirlərin gələcək korrupsiyaya qarşı mübarizə təşəbüslərinə necə müsbət göstərə bilməsi, mütərəqqi qanunların səmərəli tətbiqi, GRECO və MONEYVAL tövsiyyələrinə əməl edilməsi və digər əlaqədar istiqamətlərdə müzakirələr aparılmışdır. Tədbirdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri Əli Hüseynov və Bəxtiyar Əliyev, Avropa Şurası Katibliyinin ekspert və nümayəndələri, dövlət qurumları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri iştirak etmişdir.