AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin ekspertlər qrupu Azərbaycan Respublikasına dəyərləndirmə missiyasının həyata k

2009-cu il dekabrın 7-dən 11-dək İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin ekspertlər qrupu Azərbaycan Respublikasına dəyərləndirmə missiyasının həyata keçirilməsi məqsədilə səfər etmişdir. Səfər çərçivəsində ekspertlər bir sıra dövlət qurumları və qeyri-hökumət təşkilatları, beynəlxalq nümayəndəliklər və media təmsilçiləri ilə görüşmüşlər. Görüşlər zamanı təşkilatın İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycan Respublikası üzrə müəyyən edilmiş tövsiyələrin icra vəziyyəti, korrupsiyaya qarşı müxtəlif sahələr üzrə həyata keçirilmiş tədbirlər və bu sahədə qurumlar arası əməkdaşlığın təkmilləşdirilməsi və sair məsələlər müzakirə edilmişdir. Səfərin tamamlanmasından sonrakı mərhələdə ekspertlər qrupu tərəfindən Azərbaycan Respublikası üzrə məruzənin layihəsi hazırlanacaqdır. Məruzə layihəsinin cari ilin mart ayının sonunda təşkilatın qərargahında keçiriləcək növbəti iclasında qəbul edilməsi gözlənilir.