AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planına (İFP) müvafiq olaraq iclası və seminar keçirilmişdi

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planına (İFP) müvafiq olaraq 29-31 mart 2010-cu ildə həmin təşkilatın 8-ci Monitorinq İclasının, idarəedici qurumun 9-cu iclası və “Vəsaitlərin qaytarılması - Korrupsiyaya qarşı mübarizə üsulu” mövzusunda seminar keçirilmişdir. Qeyd edilən tədbirlərdə Azərbaycan nümayəndə heyəti Azərbaycan Respublikasının Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi İnam Kərimov, Korrupsiyaya qarşı mübarizə idarəsinin böyük prokuroru Elnur Musayev ilə təmsil olunmuşdur. 8-ci Monitorinq İclas zamanı digər məsələlərlə yanaşı Azərbaycan və Gürcüstan respublikalarında aparılmış monitorinqin nəticələri özündə əks etdirən hesabat layihələri müzakirə edilmiş və qəbul edilmişdir. Antikorrupsiya siyasəti, kriminallaşdırma və dövlət qulluğunun şəffaflığı sahəsində ekspertlər qrupunun verdiyi tövsiyələrdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş bir sıra tədbirlər, o cümlədən korrupsiyaya qarşı mübarizənin vahid strategiya və dövlət qurumlarının fəaliyyət planları çərçivəsində həyata keçirilməsi, Azərbaycanın bu sahədə əsas beynəlxalq sənədlərə qoşulması, cinayət qanunvericiliyində aparılmış dəyişikliklər, korrupsiya ilə bağlı cinayət tərkiblərinin beynəlxalq standartlarına uyğunlaşdırılması, müsadirə zamanı qeyri-maddi nemətlərin nəzərə alınması, dövlət qulluğunda islahatların həyata keçirilməsi, maliyyə nəzarətinin gücləndirilməsi və sair məsələlər təqdirəlayiq hesab edilmişdir. Eyni zamanda bir sıra sahələrdə, o cümlədən kriminallaşdırma, preventiv tədbirlər, cinayət təqibinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq sahələrində əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu bildirilmiş və bu sahələrdə müvafiq tövsiyələr verilmişdir. Məruzələrin tam mətni ingilis və rus dillərində aşağıdakı ünvandan əldə edilə bilər. http://www.oecd.org/document/43/0,3343,en_36595778_36595861_44999083_1_1_1_1,00.html