Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının rektor müavini Mustafayev Vahid Qaflan oğlunun qanunsuz əməlləri barədə daxil ol
Ölkəmizdə təhsil sisteminin müasir standartlar səviyyəsində təkmilləşdirilməsi, müasir tələblərə cavab verən təhsil sisteminin formalaşdırılması istiqamətində dövlət başçısının verdiyi göstərişlərin icrası ilə əlaqədar bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Təhsil sahəsinin inkişaf etdirilməsinə kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillər mübarizə tədbirlərinin daha sistemli, davamlı və kompleks xarakter daşımasını şərtləndirir.
Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının rektor müavini Mustafayev Vahid Qaflan oğlunun qanunsuz əməlləri barədə daxil olmuş material araşdırılmışdır.
Müəyyən edilmişdir ki, V.Mustafayev Vəliyeva Aygün Seyfəddin qızının filialın qiyabi şöbəsinə rəsmi qəbul imtahanlarından kənar qəbul etdirilməsi üçün atası Seyfəddin Vəliyevdən 2007-ci ildə 3.200 ABŞ dolları, 2007-2011-ci tədris illəri üzrə hər semestr üçün çəkiləcək xərc, eləcə də A.Vəliyevanın guya təhsilini həmin filialda başa vurması barədə diplom veriləcəyi adı ilə ayrı-ayrı vaxtlarda 1.900 manat məbləğində pulu aldatma yolu ilə alaraq 2012-ci ilin iyun ayında A.Vəliyevanın adına saxta diplom təqdim etmişdir.
Fakta görə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanmışdır.