
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının işçi qruplarının tərkibinin komplektləşdirilməsi məqsədilə vakant yerlər üzrə əlavə müraciət mərhələsinin nəticələri açıqlanıb
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) fəaliyyətində ictimai iştirakçılığın genişləndirilməsi və institusional tərəfdaşlığın gücləndirilməsi məqsədilə Komissiyanın Reqlamentinin 2.1-ci bəndinə uyğun olaraq 2025-ci il 15 fevral tarixində Komissiyanın rəsmi internet səhifəsində vakant yerlər üzrə əlavə müraciət mərhələsi elan edilmişdir.
Müraciətlər Komissiyanın Katibliyi tərəfindən Reqlamentin 2.2-ci bəndində nəzərdə tutulmuş meyarlar – təcrübə, təhsil, hüquqi və sosial tədqiqat aparmaq qabiliyyəti, təşəbbüskarlıq, komanda işi bacarığı, tənqidi təfəkkür və digər kriteriyalar əsasında qiymətləndirilmişdir.
Qiymətləndirmə nəticəsində aşağıda adları qeyd olunan şəxslərin müraciətləri müsbət dəyərləndirilmiş və onların Komissiyanın müvafiq işçi qruplarına üzv qismində daxil edilməsi qərara alınmışdır:
Seçilmiş şəxslər və onların təmsil olunacağı işçi qrupları:
- Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondu İctimai Birliyinin sədri
Təhsil və maarifləndirmə üzrə işçi qrupu
- İsrayıl İmamlı – müstəqil ekspert
Korrupsiya risklərinin qiymətləndirilməsi üzrə işçi qrupu
Komissiya vətəndaş cəmiyyətinin və müstəqil ekspertlərin korrupsiyaya qarşı mübarizə sahəsində fəal iştirakını yüksək qiymətləndirir və bu istiqamətdə səmərəli əməkdaşlığın davam etdirilməsini qarşıya məqsəd qoyur.