AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən 2025-ci il üzrə elan edilmiş I qrant müsabiqəsinin nəticəsi

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası (bundan sonra – Komissiya) tərəfindən 2025-ci il üzrə elan edilmiş I qrant müsabiqəsinin nəticələri açıqlanmışdır.

Məlumat verildiyi kimi, “Ali təhsil müəssisələrinin kitabxanalarında korrupsiyaya ilə mübarizə üzrə ədəbiyyatın zənginləşdirilməsi” mövzusunda müsabiqə elan edilmişdir.

Müsabiqənin qalibi “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” ictimai birliyi (bundan sonra – ELSA Azərbaycan) seçilmişdir. ELSA Azərbaycan tərəfindən təqdim olunan layihə Qarabağ Universitetinin kitabxanasında korrupsiyaya qarşı mübarizə ilə bağlı ədəbiyyat bazasının zənginləşdirilməsini və elmi-tədqiqat resurslarının artırılmasını nəzərdə tutur.

Layihə çərçivəsində korrupsiyaya ilə mübarizə və hüququn müxtəlif sahələrinə dair müasir ədəbiyyatın əldə olunması, tələbə və gənc tədqiqatçılar üçün açıq istifadəyə verilməsi, həmçinin universitet kitabxanasında mövcud elmi resursların zənginləşdirilməsi həyata keçirilməsi planlaşdırılır.

Layihənin icrası nəticəsində ali təhsil müəssisəsində korrupsiyaya ilə mübarizə sahəsində maarifləndirmə və elmi potensialın gücləndirilməsi, tələbə və gənc tədqiqatçıların keyfiyyətli resurslardan faydalanması imkanlarının genişləndirilməsi gözlənilir.

Komissiya hesab edir ki, bu təşəbbüs ali təhsil müəssisələrində şəffaflıq və dürüstlük mühitinin möhkəmlənməsinə töhfə verəcək və korrupsiyaya ilə mübarizə sahəsində maarifləndirmənin davamlılığını təmin edəcəkdir.