Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Komitəsi (MONEYVAL) tərəfindən Azərbaycan Respublikası üzrə yeni ictimai bəyanat qəbul edilmişdir.
11 dekabr 2009-cu il tarixdə Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Komitəsi (MONEYVAL) tərəfindən Azərbaycan Respublikası üzrə yeni ictimai bəyanat qəbul edilmişdir. Bəyanatda qeyd edilir ki, Azərbaycan Respublikası artıq pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində qanunvericilik bazasını yaratmış və Maliyyə Monitorinq Xidməti fəaliyyətə başlamışdır. Bəyanatda qeyd edilir ki, MONEYVAL Azərbaycan Respublikası üzrə olan əvvəlki bəyanatlarını və maliyyə institutlarına olan tövsiyələrini geri götürür.
Bəyanatın əsli Avropa Şurasının internet səhifəsində əldə edilə bilər.