Avropa Şurası (AŞ) və Avropa İttifaqı tərəfindən birgə həyata keçirilən “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II” proqramının “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və akti
Görüşdə AŞ Katibliyinin İqtisadi cinayətlər və əməkdaşlıq şöbəsinin nümayəndələri Danae İssa və Zəhra Əhmədova, Avropa Şurasının Bakıdakı ofisinin nümayəndəsi Firuzə Cəfərova və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Ramin Vəlizadə iştirak etmişdir.
Görüş zamanı çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi qarşı mübarizə tədbirləri, korrupsiyaya qarşı mübarizə sahələrində görülən işlər, Azərbaycan və AŞ arasında gələcək əməkdaşlıq istiqamətlərininin müəyyənləşdirilməsi, həmçinin yeni hazırlanmış “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2022-2026-ci illər üçün Milli Fəaliyyət Planı” layihəsinə dair qarşılıqlı fikir mübadiləsi aparılmışdır.