Az1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar 2020-cı il ərzində görülən işlər barədə və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi

“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar 2020-cı il ərzində görülən işlər barədə
və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planı” layihəsinin müzakirəsinə dair qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyəti institutları nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir.
Müzakirələr 2021-ci il 1 iyul tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibinin, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Ədliyyə Nazirliyinin əməkdaşlarının, eləcə də, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə aparılmışdır.
Tədbirdə ölkəmizdə əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və hesabatlılığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və ictimai iştirakçılığın genişləndirilməsi sahəsində islahatların uğurla və davamlı şəkildə həyata keçirildiyi bildirilmiş, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar 2020-ci ildə görülmüş işlər barədə məlumat verilmiş, həmçinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planı” layihəsinin tərtib edilməsində qeyri-hökumət təşkilatlarının nümayəndələrinin fəal iştirakının vacibliyi qeyd edilmişdir.
 
Ümumi müzakirədə maliyyə şəffaflığının təmin edilməsi, korrupsiyanın qarşısının alınması sahəsində və ictimai həyatda vətəndaş cəmiyyəti institutlarının rolunu nəzərə alaraq, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planı” nın lahiyəsi ilə bağlı geniş fikir mübadiləsi aparılmış, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin ilkin şifahi təklifləri dinlənilmiş, həmin təkliflərlə bağlı ortaya çıxan məsələlərin müzakirəsi aparılmış, eyni zamanda onlardan təkliflərini yazılı şəkildə təqdim etmələri xahiş edilmişdir.
 
Eləcə də, gələcəkdə qeyd edilən layihənin müzakirəsi  ilə əlaqədar qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə davamlı olaraq görüşlərin keçirilməsinin vacib və məqsədəmüvafiq olması diqqətə çatdırılmışdır.