AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

2025-ci il üzrə I qrant müsabiqəsi elanı

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası korrupsiya ilə mübarizə sahəsində maarifləndirmənin həyata keçirilməsi və ali təhsil müəssisələrinə bu istiqamətdə dəstək verilməsi üzrə qrant müsabiqəsi elan edir.

Müsabiqənin mövzusu:
“Ali təhsil müəssisələrinin kitabxanalarında korrupsiyaya ilə mübarizə üzrə ədəbiyyatın zənginləşdirilməsi”

Müsabiqədə iştirak:
Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları və ali təhsil müəssisələri iştirak edə bilərlər.

Layihələrin təqdim edilməsi:
Layihə təklifləri 2025-ci il sentyabrın 20-dən gec olmayaraq Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının elektron poçt ünvanına (office@antikorrupsiya.gov.az) göndərilməlidir. Müraciətçilər aşağıdakı tələblərə cavab verməlidir:

QHT və ali təhsil müəssisələri üçün tələblər:

  1. Dövlət qeydiyyatı və bank hesabı olmalıdır;
  2. Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim edilməlidir;
  3. QHT-lərin təqdim etdiyi mövzu üzrə təcrübəsi olmalıdır.

 Layihələrin qiymətləndirilmə meyarları:

  1. Layihə ideyasının əsaslandırılması;
  2. Layihənin məqsəd və vəzifələrinin aydın təsviri;
  3. Layihənin smeta xərcinin layihənin həyata keçirilməsi üçün tələb olunan vəsaitə və icra olunacaq fəaliyyətə uyğun olaraq hazırlanması;
  4. Maliyyə bölgüsünün məntiqli və inandırıcı olması;
  5. QHT-nin layihə mövzusuna uyğun təcrübəsi;
  6. Layihə üzrə ali təhsil müəssisəsində tədris olunan fənnlər üzrə müvafiq ədəbiyyatdan istifadə;
  7. Layihə nəticələrinin aydın təsviri, ölçüləbilən olması, onların layihənin məqsədinə uyğunluğu.

Müsabiqədə iştirak etmək üçün təqdim olunan məlumatlar:

  1. Ərizə forması (yüklə);
  2. Layihə təklifi (yüklə);
  3. İcra planı (yüklə);
  4. Xərclər smetası (yüklə);
  5. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;
  6. Reyestrdən çıxarışın surəti;
  7. Nizamnamənin surəti (QHT-lər üçün) ;
  8. VÖEN-in surəti (sənədin hər iki üzü);
  9. Bank rekvizitləri;
  10. QHT və ya ali təhsil müəssisəsinin nümayəndəsinin (səlahiyyətlərini təsdiq edən sənədlə birlikdə) surəti (sənədin hər iki üzü);
  11. Layihə rəhbərinin CV-si (QHT-ə münasibətdə);
  12. Layihə mühasibinin CV-si (QHT-ə münasibətdə).

Müsabiqənin müddəti:
Layihələrin qəbulu 2025-ci il avqustun 25-də başlayır və 2025-ci il sentyabrın 20-də başa çatır.

Layihənin müddəti:
Layihələrin müddəti 6 aydan çox nəzərdə tutulmamalıdır.

Qrantın məbləği:
15.000 (on beş min) manat.

Layihələrin qəbulu üçün son tarix:
2025-ci il 20 sentyabr, saat 18:00