2024-cü il üzrə II qrant müsabiqəsi elanı
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası ali təhsil müəssisələrinə dəstək verilməsi üzrə qrant müsabiqəsi elan edir.
Müsabiqənin mövzusu:
“Ali təhsil müəssisələrinin kitabxanalarında korrupsiyaya qarşı mübarizə üzrə ədəbiyyatın zənginləşdirilməsi”
Müsabiqədə iştirak:
Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları və ali təhsil müəssisələri iştirak edə bilərlər.
Layihələrin təqdim edilməsi:
Layihə təklifləri 2024-cü il noyabrın 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının elektron poçt ünvanına (office@commission-anticorruption.gov.az) göndərilməlidir. Müraciətçilər aşağıdakı tələblərə cavab verməlidir:
QHT və ali təhsil müəssisələri üçün tələblər:
- Dövlət qeydiyyatı və bank hesabı olmalıdır;
- Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməlidir;
- Təqdim etdiyi mövzu üzrə təcrübəsi olmalıdır.
Layihələrin qiymətləndirilmə meyarları:
- layihə ideyasının əsaslandırılması;
- layihənin məqsəd və vəzifələrinin aydın təsviri;
- layihənin smeta xərcinin layihənin həyata keçirilməsi üçün tələb olunan vəsaitə və icra olunacaq fəaliyyətə uyğun olaraq hazırlanması;
- maliyyə bölgüsünün məntiqli və inandırıcı olması;
- QHT-nin layihə mövzusuna uyğun təcrübəsi;
- layihə üzrə ali təhsil müəssisəsində tədris olunan fənnlər üzrə müvafiq ədəbiyyatdan istifadə;
- layihə nəticələrinin aydın təsviri, ölçüləbilən olması, onların layihənin məqsədinə uyğunluğu.
Müsabiqədə iştirak etmək üçün təqdim olunan məlumatlar:
- Ərizə forması (yüklə);
- Layihə təklifi (yüklə);
- İcra planı (yüklə);
- Xərclər smetası (yüklə);
- Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;
- Reyestrdən çıxarışın surəti;
- Nizamnamənin surəti (QHT-lər üçün) ;
- VÖEN-in surəti (sənədin hər iki üzü);
- Bank rekvizitləri;
- QHT və ya ali təhsil müəssisəsinin nümayəndəsinin (səlahiyyətlərini təsdiq edən sənədlə birlikdə) surəti (sənədin hər iki üzü);
- Layihə rəhbərinin CV-si (QHT-ə münasibətdə);
- Layihə mühasibinin CV-si (QHT-ə münasibətdə).
Müsabiqənin müddəti:
Layihələrin qəbulu 2024-cü il noyabrın 20-də başlayır və 2024-cü il noyabrın 30-da başa çatır.
Layihənin müddəti:
Layihələrin müddəti 6 aydan çox nəzərdə tutulmamalıdır.
Qrantın məbləği:
15.000 (on beş min) manat.
Layihələrin qəbulu üçün son tarix:
2024-cü il 30 noyabr, saat 18:00.