AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

2024-cü il üzrə I qrant müsabiqəsi elanı

 

 

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası qeyri-hökumət təşkilatlarına dəstək verilməsi üzrə qrant müsabiqəsi elan edir.

 

Müsabiqənin mövzusu:
“Hüquq mühafizə orqanlarında dürüstlük və maraqların toqquşmasının idarə edilməsi: beynəlxalq təcrübələr və praktik yanaşmalar” mövzusunda silsilə təlimlərin keçirilməsi.

 

Müsabiqədə iştirak:
Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.

 

Layihələrin təqdim edilməsi:
Layihə təklifləri 2024-cü il noyabrın 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının elektron poçt ünvanına (office@commission-anticorruption.gov.az) göndərilməlidir. Müraciət zamanı təşkilatlar beynəlxalq təcrübələr və praktiki yanaşmalar nəzərə alınmaqla, hüquq mühafizə orqanlarında dürüstlük və maraqların toqquşmasının idarə edilməsi ilə bağlı silsilə təlimlər üzrə aşağıdakı tələblərə cavab verməlidir:

QHT üçün tələblər:

  1. Dövlət qeydiyyatı və bank hesabı olmalıdır;
  2. Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməlidir;
  3. Təqdim etdiyi mövzu üzrə təcrübəsi olmalıdır.

 

Layihələrin qiymətləndirilmə meyarları:

  1. layihə mövzusunun QHT-nin nizamnamə məqsədlərinə uyğunluğu;
  2. layihə mövzusunun aktuallığı;
  3. layihə ideyasının əsaslandırılması və innovativliyi;
  4. layihənin məqsəd və vəzifələrinin aydın təsviri;
  5. layihənin dayanıqlı olaraq inkişaf etdirilməsi imkanları və davamlılığı;
  6. layihənin smeta xərcinin layihənin həyata keçirilməsi üçün tələb olunan vəsaitə və icra olunacaq fəaliyyətə uyğun olaraq hazırlanması;
  7. maliyyə bölgüsünün məntiqli və inandırıcı olması;
  8. QHT-nin və layihə heyətinin layihə mövzusunda uyğun təcrübəsi;
  9. layihə üzrə risklərin təhlili və azaldılması;
  10. layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
  11. layihə nəticələrinin aydın təsviri, ölçüləbilən olması, onların layihənin məqsədinə uyğunluğu;
  12. layihənin icrası zamanı müvafiq tərəfdaşlarla əməkdaşlıq.

 

Müsabiqədə iştirak etmək üçün təqdim olunan məlumatlar:

  1. Ərizə forması (yüklə);
  2. Layihə təklifi (yüklə);
  3. İcra planı (yüklə);
  4. Xərclər smetası (yüklə);
  5. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;
  6. Reyestrdən çıxarışın surəti;
  7. Nizamnamənin surəti;
  8. VÖEN-in surəti (sənədin hər iki üzü);
  9. Bank rekvizitləri;
  10. QHT rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti (sənədin hər iki üzü);
  11. QHT rəhbərinin CV-si;
  12. Layihə rəhbərinin CV-si;
  13. Layihə mühasibinin CV-si.

 

Müsabiqənin müddəti:
Layihələrin qəbulu 2024-cü il noyabrın 20-də başlayır və 2024-cü il noyabrın 30-da başa çatır.

 

Layihənin müddəti:
Layihələrin müddəti 6 aydan çox nəzərdə tutulmamalıdır.

 

Qrantın məbləği:
14.000 (on dörd min) manat.

 

Layihələrin qəbulu üçün son tarix:
2024-cü il 30 noyabr, saat 18:00.