Az1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

2023-cü il üzrə III qrant müsabiqəsi elanı:

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası qeyri-hökumət təşkilatlarına dəstək verilməsi üzrə qrant müsabiqəsi elan edir.

Müsabiqənin mövzusu:

Dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlim kurslarının təşkili.

Müsabiqədə iştirak:

Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.

Layihələrin təqdim edilməsi:

Layihə təklifləri 2023-ci il noyabrın 24-dək Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron poçt (office@commission-anticorruption.gov.az) vasitəsilə təqdim olunmalıdır. Müraciət zamanı təşkilatlar dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı elektron-təlim kurslarının təşkili ilə bağlı layihə və layihənin hazırlanmasına tələb olunan büdcə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

• QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti

• Təşkilatın Nizamnaməsinin surəti

• Təşkilatın Dövlət Reyestrindən Çıxarışının surəti

• Təşkilatın VÖEN-nin surəti

• Təşkilatın fəaliyyəti haqqında qısa məlumat

• Layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı (CV)

Qiymətləndirmə meyarları:

• Qurumun təcrübəsi.

• Layihənin icrasına dair dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin olması.

• Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması.

• Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.

Müsabiqənin büdcəsi:

10.000 (on iki min) AZN.

 Müsabiqənin müddəti:

Layihələrin qəbulu 2023-cü il noyabrın 13-də başlayır və 2023-cü il noyabrın 24-də başa çatır.

 Layihələrin qəbulu üçün son tarix:

 2023-cü il  24 noyabr, saat 18:00.