Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının 2025-ci ilin ikinci yarımilinə dair iş planı
1. GRECO-nun 5-ci dəyərləndirmə raundu çərçivəsində verilmiş və icrası mümkün tövsiyələrə dair müvafiq işlər görülməsi (iyul–dekabr 2025-ci il)
2. Qiymətləndirilməsi və təhlili Komissiyaya həvalə edilmiş milli fəaliyyət planlarının icra vəziyyətinə dair dövlət orqanlarından (qurumlarından) daxil olan məlumatların ümumiləşdirilərək təhlilinin həyata keçirilməsi (iyul–dekabr 2025-ci il)
3. Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında korrupsiya risklərinin idarə edilməsi Qaydaları layihəsinin Komissiyanın aidiyyəti işçi qruplarında müzakirəsinin təmin edilməsi (iyul–dekabr 2025-ci il)
4. Korrupsiyaya qarşı mübarizə və şəffaflıq sahəsində beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması məqsədilə bu sahədə mövcud problemlərin Katiblik tərəfindən təhlili və onların həlli yollarına dair təkliflər verilməsi (iyul–dekabr 2025-ci il)
5. Korrupsiya ilə mübarizə sahəsində qrant müsabiqələrinin elan edilməsi (iyul–dekabr 2025-ci il)
6. Korrupsiya ilə mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla (GRECO, OECD, MONEYVAL və digərləri) əməkdaşlığın davam etdirilməsi və Birləşmiş Ərəb Əmirliklərinin Hesablama Qurumu ilə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi (iyul–dekabr 2025-ci il)
7. “Antikorrupsiya hüququ” tədris vəsaitinin hazırlanması üzrə işlərin davam etdirilməsi (iyul–dekabr 2025-ci il)
8. Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasının İştirakçı Dövlətlərinin Konfransında iştirakla bağlı hazırlıq işlərinin görülməsi və iştirakın təmin edilməsi (sentyabr–dekabr 2025-ci il)
9. Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasının Tətbiqinin Təftişi Mexanizminin birinci fazasında Azərbaycan Respublikasına dair hazırlanmış 2016–2021-ci illər üzrə icmal hesabat layihəsinin öyrənilməsi (oktyabr–noyabr 2025-ci il)