2023-cü il üzrə II qrant müsabiqəsi elanı:
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası qeyri-hökumət təşkilatlarına dəstək verilməsi üzrə qrant müsabiqəsi elan edir.
Müsabiqənin mövzusu:
Yeni tikilən çoxmənzilli binalarda mənzillərin alqı-satqısı zamanı baş verə biləcək pozuntuların qarşısının alınması ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi.
Müsabiqədə iştirak:
Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri hökumət təşkilatları iştirak edə bilərlər.
Layihələrin təqdim edilməsi:
Layihə təklifləri 2023-ci il oktyabrın 13-dək Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron poçt (office@commission-anticorruption.gov.az) vasitəsilə təqdim olunmalıdır. Müraciət zamanı təşkilatlar yeni tikilən çoxmənzilli binalarda mənzillərin alqı-satqısı zamanı baş verə biləcək pozuntuların qarşısının alınması ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üçün layihə və layihənin hazırlanmasına tələb olunan büdcə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:
• QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti
• Təşkilatın Nizamnaməsinin surəti
• Təşkilatın Dövlət Reyestrindən Çıxarışının surəti
• Təşkilatın VÖEN-nin surəti
• Təşkilatın fəaliyyəti haqqında qısa məlumat
• Layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı (CV)
Qiymətləndirmə meyarları:
• Qurumun təcrübəsi.
• Layihənin icrasına dair dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin olması.
• Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması.
• Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.
Müsabiqənin büdcəsi:
12.000 (on iki min) AZN.
Müsabiqənin müddəti:
Layihələrin qəbulu 2023-cü il oktyabrın 3-də başlayır və 2023-cü il oktyabrın 13-də başa çatır.
Layihələrin qəbulu üçün son tarix:
2023-cü il 13 oktyabr, saat 18:00.