Korrupsiyaya qarşı Mübarizə Fondu Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının dəstəyi ilə layihə həyata keçirmişdir
Bununla əlaqədar məlumat Korrupsiyaya qarşı Mübarizə Fondu tərəfindən 13 yanvar 2009-cu il tarixdə keçirilən mətbuat konfransında verilmişdir. Layihə Baki, Sumqayıt, Gəncə, Xaçmaz, Səlyan, Lənkəran, Qazax, Tovuz, Ağstafa, Göyçay, Masallı, Şəki, Mingəçevir regionlarını əhatə etmişdir Layihənin əsas məqsədi «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» barəsində ictimaiyyəti məlumatlandırmaq, onların hüquqi maarifləndirilməsini artırmaqla yanaşı korrupsiyaya qarşı mübarizədə fəallığına nail olmaqdır. Bundan əlavə layihə vətəndaşlara korrupsiya ilə bağlı ərizə və şikayətlərinin dövlət orqanlarına istiqamətləndirilməsində yardım etməyi nəzərdə tutur. Layihə çərçivəsində korrupsiyaya qarşı mübarizədə xüsusi əhəmiyyət kəsb edən ictimaiyyət və dövlət orqanlarının əməkdaşlığına nail olmaq üçün onların birgə iştirakı ilə dəyirmi masalar keçirilmişdir. «Milli Strategiya»nın ictimaiyyət və yerli dövlət orqanları qarşısında qoyduğu vəzifələrin müzakirəsi və «Milli Strategiyа»nın icrasına ictimai nəzarətin təşkili həyata keçirilmişdir. Tədbirlərdə yerli icra hakimiyyətlərinin, Prokurorluğun, Polis İdarələrinin, Məhkəmələrin və digər dövlət orqanların nümayəndələri QHT-lər, siyasi partiyalar, KİV, sahibkarlar və ictimaiyyətin nümayəndələri birgə iştirak etmişlər.
Korrupsiyaya qarşı Mübarizə Fondu «Milli Strategiya»da yerli dövlət orqanları qarşısında qoyulan vəzifələri ictimaiyyətin nəzərinə çatdırmaqla bərabər həmin vəzifələrin icrasının monitorinqini keçirmiş və nəticələr barədə mütəmadi olaraq KİV-i «Milli Strategiya»nın icrasına dövlət nəzarətini həyata keçirən orqanları və ictimaiyyəti məlumatlandırmışdır.